14 milyonluq təklifdən imtina etdi

Türkiyəli aktrisa Cansu Dərə zinət əşyaları satan brendin reklam təklifindən imtina edib.

Axşam.az xəbər verir ki, buna səbəb aktrisanın brendə məxsus aksesuarların keyfiyyətinə inanmaması və məhsulların həddindən artıq baha qiymətə satışa çıxarılması olub. Buna görə də o, şirkətin reklam qarşılığında ödəyəcəyi 14 milyon lirəlik (təxminən 1 milyon 219 min 547 manat) təklifi geri çevirib.

Qeyd edək ki, Cansu "Sadakatsiz" serialında canlandırdığı obrazla məşhurlaşıb.