Tehran səsini çıxarmır: İrəvanın qulluq etdiyi ölkələrin siyahısı artıb
Yusif Sultanoğlu
04:46 03.04.2024
Dünya
325
"Tehran Ermənistanın Baş naziri Nikol Paşinyanın 5 apreldə Brüsseldə ABŞ və Avropa İttifaqı ilə görüşündən niyə narahatlığını bildirmir. Niyə İran Xarici İşlər Nazirliyinin açıqlaması yoxdur?".
Bu barədə politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, Tehran hər zaman bəyan edir ki, bölgənin problemləri ilə bölgə ölkələri məşğul olmalı, kənar dövlətlərin müdaxiləsi yolverilməzdir:
"Əgər Nikol Paşinyan Tehranın təbirincə desək, kənar oyunçuları - ABŞ və Fransanı bölgədə yerləşdirməkdə qərarlıdırsa, məntiqlə İranın hakimiyyət strukturları buna etiraz etməlidirlər. Tehrandan isə səs çıxmır, əksinə, Fransanın İrəvandakı səfiri bəyan edib ki, Ermənistan məsələsində Parislə Tehran eyni mövqedən çıxış edirlər. Bu o deməkdirmi ki, Tehran Fransa kimi ABŞ-nin da Ermənistanda möhkəmlənməsinə etiraz etmir? Bu artıq Tehranın baş düşmənlərindən biri olan ABŞ-nin Ermənistan üzərindən İranla sərhəddə yaxınlaşması deməkdir. Bütün bunları Azərbaycan etsəydi, Tehranın bağırtısı aləmi götürmüşdü".
Ekspertin sözlərinə görə, Ermənistanın poliqona çevrilməsi Tehranın maraqlarına cavab verir:
"Ermənistan keçmiş illərdə yalnız bir ölkə - Rusiyadan asılı idisə, hazırda İrəvanın qulluq etdiyi ölkələrin siyahısı artıb, burada İran da var, ABŞ, Avropa İttifaqı və Fransa da. Belə çıxır ki, Nikol Paşinyan ölkəsiylə bağlı qərar verməsi üçün bu ölkələrin tamamının rəyini nəzərə almalıdır. Bu isə praktik olaraq mümkün deyil, çünki bır sıra hallarda böyük oyunçuların maraqları kəsişir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya
BDYPİ sürücülərə çağırış etdi
10:37 30.09.2026
Cəmiyyət
"Mançester Siti" 9 mövsüm qaydaları pozub - RƏSMİ
10:14 30.09.2026
Futbol
Rusiya Kiyevə hücum edib, iki nəfər ölüb
10:09 30.09.2026
Dünya