Volkan Dəmirəl xanımından danışdı

Boşanacaqlar dedilər

  Türkiyənin futbol millisinin sabiq qolkiperi Volkan Dəmirəlin həyat yoldaşı Zeynəblə münasibətlərində problemlər olduğı və cütlüyün boşanacağı xəbərləri tez-tez gündəmə gəlir. Bu günlərdə eyni söz-söhbətlər yenə qızışıb.
 “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, budəfəki boşanma söz-söhbətlərinə Volkan Dəmirəl həyat yoldaşı ilə fotolarını paylaşmaqla cavab verib. Fotolarda cütlüyün xoşbəxtliyi görünür.  V.Dəmirəl 2010-cu ildə ailə qurub. Bir müddət sonra isə cütlüyün boşanacağı iddiaları gündəmə gəlib. Xəbərlərə görə, Zeynəb Dəmirəl boşanmaq üçün məhkəməyə müraciət edib. Amma Volkan Dəmirəl iddiaları yalanlayıb. Sosial media hesabından paylaşım edən millinin sabiq qapıçısı həyat yoldaşıyla birgə keçirdiyi xoş günlərin fotosunu yayımlayıb. Volkan Dəmirəl “bəzən mübahisə edirik. Anlaşa bilmirik. Bunlar bütün ailələrdə yaşanır. Amma boşanma üçün məhkəməyə müraciət etməyimizlə bağlı yayılan xəbərlər yalandır. Bu sözləri yazdığım anda Zeynəblə birlikdə səhər qəhvəsi içirik”, deyə fotolar paylaşıb. Fotoların bir çoxunun Bebek bölgəsindəki istirahət zonasında çəkildiyi bildirilir. Zeynəb Dəmirəl də boşanma iddialarını yalanlayıb: “Mən Volkanla bir yerdə böyümüşəm. Onunla dostluq etməyə başladığımda 19 yaşım vardı. Hamı kimi biz də hansısa məsələdə mübahisə edə bilərik. 2 övladımız var. Bir məsələni dəqiqləşdirmədən məlumat yaymaq doğru deyil. Biz övladlarımızı düşünürük və onlar xoşbəxt böyüsünlər deyə, bir-birimizə güzəştə getməyə hazırıq”.