Madonnanın atasına bənzəməsi diqqət çəkib: 93 yaşın mübarək, Silvio!

"Celebration" turnesi və ona qarşı açılan konsert davaları ilə gündəmdə qalan Madonna 93 yaşı tamam olan atasının ad gününü sosial media hesabında paylaşdığı şəkillərlə qeyd edib.

Sherg.az xəbər verir ki, ciddi bakteriya infeksiyası keçirən və "Celebration" turnesinə az qalmış reanimasiyada müalicə olunan Madonna Londonda başlayan konsertlərini Braziliyanın Rio-de-Janeyro şəhərində bitirib.

Canlı ifaları və səhnə şouları ilə  diqqət çəkən Madonna sosial şəbəkələrdəki paylaşımları ilə gündəmdə qalmaqda davam edir.

Məşhur müğənni bu yaxınlarda 93 yaşı tamam olan atası Silvio Cicconenin ad gününü qeyd edib.

Atası ilə silsilə fotolarını paylaşan 65 yaşlı Madonna paylaşımında bu qeydi yazıb:

Yumor və sağlam düşüncə ilə həyatın roller sahil gəmisinə mindiyiniz üçün sizi təbrik edirəm.”


Məşhur müğənni bunları deyib: "Həyat fəlsəfənizi mənimlə bölüşdüyünüz üçün təşəkkür edirəm, yəni" təkərlər düşənə qədər gedəcəyəm. "Bizə heç nə mane ola bilməz. Mən səni çox sevirəm". 


“Pop kraliçası” ləqəbli Madonnanın atası Silvioya bənzəməsi diqqət çəkib.

Madonnanın paylaşımına “Son şəkli görənə qədər atanıza nə qədər bənzədiyinizi heç anlamamışdım” və  atanıza çox oxşayırsınız” kimi şərhlər yazılıb.