Daha bir aktyor "Kızılcık Şerbeti"ndən ayrılır

Daha bir aktyor “Kızılcık Şerbeti”ndən ayrılıb.
Bakupost.az xəbər verir ki, Sıla Türkoğlu, Doğukan Güngör, Barış Kılıç, Evrim Alasya və Ahmet Mümtaz Taylanın rol aldığı "Kızılcık Şerbeti"nin sezon finalında ayrılıqlar yaşanmağa davam edir. Yiğit Kirazcıdan sonra Serkan Tınmaz da serialla vidalaşır.
Serialda Nursemanın həyat yoldaşı Umut obrazını canlandıran Serkan Tınmazın hekayəsi yeni mövsümdə bitdiyi üçün layihədə iştirak etməyəcək. Tınmazla uzun müddətdir dost olan və serialda iki partnyor obrazını canlandıran Ceren Karakoç Yalazoğlu İnstaqram hesabında vida paylaşımı edərək, "Canım mənim, layihələr başlar, layihələr bitər. Biz hər zaman bir yerdəyik. Yeni macəralarımıza. Səni çox sevirəm", deyə yazıb.