Fahriye Evcen: Həyatımın ən mənalı ad günlərindən biridir

2017-ci ildən həmkarı Burak Özçivitlə xoşbəxt ailə quran və iki oğlu olan Fahriye Evcenin 38 yaşı tamam olub. Məşhur ad doğum günü şənliyində çəkilmiş ailə pozasını izləyiciləri ilə bölüşüb.

Sherg.az xəbər verir ki, illər əvvəl “Çalıkuşu” serialında tanış olan və dostluğu zamanla sevgiyə çevrilən Fahriye Evcen və Burak Özçivit 2017-ci ildə ailə həyatı qurublar.

2019-cu ildə oğulları Karanı dünyaya gətirən və ilk dəfə valideyn olmaq xoşbəxtliyini yaşayan aktyor cütlüyü 2023-cü ildə ikinci oğulları Kərəmi qarşılayıblar.

İyunun 4-də 38 yaşı tamam olan Fahriye Evcen ad günü şənliyində çəkilmiş ailə pozasını paylaşıb.

Fahriye Evcen paylaşımında "Həyatımın ən mənalı doğum günlərindən biridir. Bütün  dostlarıma və çox böyük ailəmə gözəl diləkləriniz üçün hamınıza təşəkkür edirəm. Hamınızı çox sevirəm. "

Məşhur aktyorun tortunun üzərindəki miniatürlər diqqət çəkib.

Evcenin paylaşımını sosial media hesabında yayımlayan Burak Özçivit həyat yoldaşına "Yeni iliniz mübarək sevgilim" deyə səslənib.

"Çalıkuşu", "Yaprak Dökümü", "Evim Sensin" kimi prodüserlərlə tanınan Fahriye Evcen sonuncu dəfə "Alparslan: Büyük Selçuklu" serialında çəkilib. Məşhur ad uzun müddətdir ki, ekranlardan uzaq bir həyat yaşayır.