"Dedim ki, Azərbaycanda millət vəkili olacağam" - Oktay Kaynarca - VİDEO

Türkiyəli məşhur aktyor Oktay Kaynarca Azərbaycanla bağlı maraqlı açıqlama verib.
Bakupost.az Türkiyə mətbuatına isyinadən xəbər verir ki, o, bu barədə "Biz-Bize" verilişinə danışıb.
"Azərbaycan mənim üçün qəribə yerdir. "Instagram"da ən çox izlənildiyim şəhərlər sırasında Bakı üçüncüdür. Çox qəribədir. Məni o qədər oradan biri kimi görürlər ki... Bir müddət sonra mən də öyrəşdim. Dedim ki, axırda gəlib orada millət vəkili olacağam. Bu, çox dəyərlidir", - aktyor ifadə edib.