Rihanna təbii saçları ilə görüntülənib! O, pərəstişkarının ayaqqabısına imza atıb

Uzun müddətdir musiqidən uzaqlaşan və öz brendinə diqqət yetirən barbadoslu müğənni Rihanna ötən gün Nyu-Yorkda görüntülənib. 

Sherg.az xəbər verir ki, uzun illərdən sonra ilk dəfə parik istifadə etmədən təbii saçları ilə gündəmə gələn məşhur ad pərəstişkarlarının böyük marağına səbəb olub.


İri halqa sırğaları və boyunbağısı ilə diqqət çəkən müğənni sevənlərinin böyük marağına səbəb olub. Bir anda Rihanna pərəstişkarlarından birinin ona verdiyi idman ayaqqabısına imza atarkən görüntülənib.