Aktrisa Burcu Kara ailəsi ilə birlikdə İtaliyaya tətilə yollanıb

Sonuncu dəfə “Arka Sokaklar” serialında çəkilən Burcu Kara sosial media hesabından paylaşım edərək əməliyyat olunduğunu açıqlayıb.

“Uzun müddətdir beynimdə mənimlə yaşayan dostumdan qurtuldum” deyən aktrisa həyat yoldaşı Fırat Parlak və uşaqları ilə birlikdə İtaliya küçələrini gəzib.

Sherg.az xəbər verir ki, Kara bayram fotolarını sosial media hesabında izləyiciləri ilə paylaşıb:

 "Nəhayət ki, illərdir gəlmək istədiyim yerdəyəm. Bu dəfə 3 dəfə planladığımız marşrut üçün şeytanın ayağını qırdıq və iki dəfə təyyarə biletimizi itirdik".

Aktyor "Hər kəsə sevdikləri ilə sağlam və xoşbəxt bayramlar arzulayırıq. Bütün atalarımızın Atalar Günü mübarək. Bayramımız hər zaman xoş, üzümüz gülsün" deyə bildirib.