Melis Sezen yay mövsümünü açdı! Onun paylaşımı bəyənmələrlə dolub

"Kanal D"-də yayımlanan və izlənmə rekordları qıran "Sədəqətsız" serialına çəkilməklə gündəm olan  aktrisa Melis Sezen yay mövsümünü açıb.

Sherg.az xəbər verir ki, sosial media hesabındakı paylaşımları ilə diqqət çəkən məşhur aktrisa Melis Sezen yay mövsümünə "salam" deyib. İnstaqram hesabında bir-birinin ardınca paylaşımlar edən məşhur aktyor çimərlikdən “istinmə turları” deyərək paylaşım edib.

İnstaqram hekayəsində paylaşım edən 27 yaşlı gənc aktrisa minlərlə bəyənmə toplayıb.