Kıvanc Tatlıtuğ amerikan aktyorla birlikdə

Həyat yoldaşı fotolar paylaşdı

Türkiyəli məşhur aktyor Kıvanc Tatlıtuğla amerikalı aktyor Nicolas Mouawadun övladlarıyla birlikdə fotoları sosial şəbəkədə paylaşılıb. 


 
“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, aktyoların övladlarıyla birlikdə vaxt keçirdiklərini əks etdirən maraqı fotoları Kıvanç Tatlıtuğun həyat yoldaşı, modelyer  Başak Dizer paylaşıb. Kəvanc Tatlıtuğ ailəsiylə birlikdə tətilə çıxıb, tətl zamanı da amerikan aktyor Nicolas Mouawadla görüşüblər. Hər iki aktyor uşaqlarıyla birlikdə əylənib. 

 

O anları Başak Dizer kameranın yaddaşına köçürüb, sonra isə sosial şəbəkə təqibçiləri ilə paylaşıb. Başak Dizerə Kıvanc Tatlıtuğ 2016-cı ildə Parisdə nikah bağlayıb və bu nikahdan 2022-ci ildə oğulları dünyaya gəlib. Oğullarının adını Qurd Efe qoyublar. Tatlıtuğ ailəsinin amerikan aktyorla birlikdə dənizin, isti qumun üzərində istirahətlərini əks etdirən fotolar sosal şəbəkə izləyiciləri tərəfindən bəyənilib.