Birce Akalay Qətərin paytaxtı Dohada "Aləm" jurnalının yeni sayı üçün kamera qarşısına keçib.
"Sherg.az" xəbər verir ki, şəhərin simvolik yerlərində və səhrada pozalar verən aktrisa jurnala onun haqqında maraqlı olan məlumatları da açıqlayıb.
Akalay, "Xəyal qurursan?" sualına belə cavab verib: “Yox, çoxxəyal qurmuram. Çünki xəyal quranda narahatlıq yaşayıram. Kədərlənməkdən və məyus olmaqdan qorxuram. Ona görə də mən bu şəkildə özümü yaxşı hiss edirəm”.
İLK SƏN YAXŞI İNSAN OLMAQ LAZIMDIR
Birce Akalaya "Konservatoriya məzunu olmaq və Müşfik Kenter kimi dəyərli adların tələbəsi olmaq sizə nə qatdı?" sualı da verilib.
Aktrisa bu suala belə cavab verib:
“Əlbəttə ki, düzgün əllərdə təhsil almaqa vacibdir. Bu məktəbin şagirdi olduğum üçün özümü şanslı hesab edirəm. Mənə bu şansı verdiyi üçün Müşfik Hocaya və həyata minnətdaram. Onun mənə verdiyi sonsuz bilik və dəyərlər arasında ən önəmlisi yaxşı aktyor ola bilmək üçün ilk növbədə yaxşı insan olmaq lazımdır ifadəsidir. Bütün təhsil həyatım boyu çox dəyərli professorlarım və həmkarlarım olub. Öyrənməyə və yenilənməyə açıq olmaq çox vacibdir. Mənə verdikləri hər cümləyə görə minnətdaram”.