Şevval Sam: Çox səhvlər etdim!

Məşhur müğənni və aktrisa Şevval Sam ötən axşam Kiprdə sevənləri ilə görüşüb. 
Sherg.az Türkiyə mediasına istinadən xəbər verir ki, konsertdən əvvəl mətbuat insanları ilə görüşən müğənni diqqətçəkən açıqlamalar verib:

Sam, "Çox səhv etdim. Yıxıldım, sonra yenidən ayağa qalxdım. Uğur qazandım, uğursuz oldum. Bütün bunlar mənim üçün bir təcrübə idi. Kaş ki etməsəydim deyəcək qədər bir səhv etmədim. Mən insanların gözü qarşısında böyüdüm. Bu vəziyyət məni Türkiyədə geniş bir məhəllədə, insanların mənə məhəllənin sevimli yaramaz uşağı kimi baxmasına səbəb oldu. Bu, hər kəsə qismət olmaz" dedi.