Acun Ilıcalının sevgilisinin milyonluq üzüyü diqqət çəkib - FOTO

O, Adriana Limanın qızları ilə alış-veriş edərkən görüntülənib

Məşhur televiziya rəhbəri Acun Ilıcalının sevgilisi Ayça Çağla Altunkaya braziliyalı model Adriana Limanın qızları ilə Nişantaşıda alış-veriş edərkən kameralara tuş gəlib. Altunkaya evlilik suallarına cavab verməsə də, 5 milyon TL dəyərində olduğu iddia edilən barmağındakı üzük  diqqətdən yayınmayıb.

Sherg.az xəbər verir ki, Acun Ilıcalı Şeyma Subaşı ilə 9 illik münasibətini bitirdikdən sonra Ayça Çağla Altunkaya ilə yeni eşq yaşamağa başlayıb.

4 ildir birlikdə olan cütlük sevgilərini diqqət mərkəzindən uzaqda yaşamağı seçsələr də, maqazin gündəmində qalmaqda davam edirlər.

Əvvəllər "Çox xoşbəxt bir münasibətimiz var. Çağla ilə olan kiçik və məsum dünyamda çox xoşbəxtəm" deyən Acun Ilıcalının sevgilisinə evlilik təklifi etdiyi də iddia edilib. Cütlük evliliklə bağlı sualları cavablandırmasa da, Altunkayanın barmağındakı üzük diqqətdən yayınmayıb.

 
Bir müddət əvvəl 5 milyon TL olduğu iddia edilən solitaire ilə gündəmə gələn Ayça Çağla Altunkaya Adriana Limanın qızları ilə Nişantaşıda alış-veriş edərkən görüntülənib.

Adriananın qızları ilə alış-veriş edərkən Ayça Çağla Altunkayanın milyon dollarlıq üzüyü diqqət çəkib.
"Snob Magazine"-in xəbərinə görə, "Acun Ilıcalı ilə evlilik nə vaxtdır?" sualından qaçan Altunkaya "Özəl həyatım haqqında danışmağı sevmirəm" deyib.