Hülya Avşardan "eşq" etirafı: "Bir insana sadiq qalmaq çox çətindir"

Müğənni və aktrisa Hülya Avşar Tarabyada gəzərkən kameralara tuş gəlib. Mətbuat mənsubları ilə söhbət edən sənətçi ona verilən "eşq" suallarına 'Birinə bağlı qalmaq artıq mənim üçün deyil' deyərək cavab verib.

Sherg.az xəbər verir ki, Avşar eşqlə bağlı sualları cavablandırarkən deyib: "Artıq birinə bağlanmaq mənlik deyil. Eşq antenalarım açıqdır, amma axşam biri ilə nahar etmək, səhər zəngləşmək məndən uzaq görünən şeylərdir. Birinə bağlanmaq istəmirəm. Həyatımda birinin olması mənə yük kimi gəlir. Təəssüf ki, bu mövzuda bir az eqoistəm" - deyə cavab verdi.