Ancelina Coli oğlunu Ukraynaya aparıb

Amerikalı aktrisa Ancelina Coli 18 yaşlı oğlu Noks ilə birlikdə Ukraynanın Xarkov şəhərinə səfər edib.

Oxu.Az bildirir ki, bu barədə Ukrayna Boks Federasiyasının "Telegram" kanalı məlumat verib.

Hollivud ulduzu və Bred Pittlə nikahından olan oğlu şəhərdəki boks klublarından birinə baş çəkiblər. Müəssisə administrasiyası Colinin gəlişini "adi məşq günü" kimi qiymətləndirib.

"Klubun qonaqları arasında dünyanın ən məşhur aktrisalarından biri də var idi. Onun oğlu Noks ukraynalı müdafiəçilərlə birlikdə klubda tay boksu üzrə məşq keçib", - deyə məlumatda vurğulanır.