"Arxiv fotomu indiki halımla yan-yana qoyub, yazıblar ki..."
Yusif Sultanoğlu
13:46 06.08.2021
Şou
925
Xalq artisti Məleykə Əsədova onu keçmişdəki görüntüsünə görə tənqid edənlərə cavab verib.
“Sherg.az” xəbər verir ki, o bu haqda “ 7 Canlı” proqramında danışıb:
“Yeni doğulanda çox gözəl uşaq olmuşam. Ona görə atam mənə Mələk, yəni Məleykə adını verib. Məktəb illərində arıq, zəif qız idim, qəşəng deyildim. Arxiv fotolarımı tapıb indiki halımla yan-yana qoyublar.
Yazıblar ki, Məlyekə Əsədova əvvəl və indi. Cavanlıq özü gözəllikdir. Təki mənim yaşıma çatıb belə gözəl qalın. İnsanın iç dünyası üzünə vurur.
Gözəlliyə kimsə güvənməsin, gəldi-gedərdi. Simadakı nur isə qalıcıdır, o itməsin. Xahiş edirəm, xarici görkəmimi müzakirə etməyin. İstedadımdan, sənətimdən yazın. Eybəcər, ya da gözələm fərq etmir. Əsas odur ki, səhnənin Məleykəsiyəm, Kleopatrasiyam, Mariya Tüdoruyam.
Yəni obrazlarımı ictimailəşdirin. Hamı qocalacaq, lakin insaniyyətimizi itirməyək. Öz sənətkarlarımızı alqışlayaq. Bir sənətçi 53 yaşına çatıb belə xanım-xatun qalıbsa, təqdir etmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə yaralananların sayı 2745-ə çatıb
12:51 12.03.2026
Dünya
Zənginlər müharibədən qaçmaq üçün SƏRVƏT XƏRCLƏYİR
12:40 12.03.2026
Gündəm
Gəncədə sahibsiz itlərin toplanmasına başlandı - FOTO
12:26 12.03.2026
Ölkə
Qebreyesus səhiyyəyə çox az vəsait ayrılmasından şikayətlənib
11:38 12.03.2026
Gündəm
"Bitcoin"in qiyməti yenidən 69 min dollara enib
11:10 12.03.2026
İqtisadiyyat
Azərbaycan neftinin qiyməti 95 dolları ötdü
09:58 12.03.2026
İqtisadiyyat
Qızıl və gümüş ucuzlaşdı
09:48 12.03.2026
İqtisadiyyat
"Hizbullah" İsrailə qarşı əməliyyata başladığını elan edib
09:14 12.03.2026
Gündəm
Astroloqlardan 3 BÜRCƏ xəbərdarlıq
08:38 12.03.2026
Maraqlı
Kişilər gizlicə hansı bədən tipinə baxır?
08:02 12.03.2026
Media
Neymar səhv paylaşımı bəyəndi: üzr istəməli oldu
07:27 12.03.2026
Futbol