Dado:"Natavana sevgim qalmayıb" - Ayrılıblar?
Yusif Sultanoğlu
15:04 04.08.2021
Şou
1441
Reper Dado müğənni Natavan Həbibi ilə boşanması haqda açıqlama verib.
“Sherg.az”ın məlumatına görə, o bu barədə “Abşeron maqazin” verilişində danışıb və bunları deyib:
“Uşağı gedib görürəm. O da get-gedə daha az-az ziyarət edirəm. Natavanla əlaqəli deyil. Elə problemdir ki, onu danışmaq kişiliyə yaraşmaz. Xeyirlisi beləymiş. Buna problem kimi baxmıram.
Oğlumun dünyaya gəlməsi, atamı-anamı nənə-baba etməyim mənim üçün bəsdir. Natavana bir kinim yoxdur. O xanım mənə pislik etməyib. Uzun müddət uşağa görə susduq. Lakin mən açıqlamalı oldum. Bir ilə yaxındır ki, münasibətimiz bitib. Ümumiyyətlə evlənmək fikrim yox idi.
Ailə qurduq. Sonradan müəyyən problemlər yarandı. Nə mənim səhvimdir, nə də onun. Başa düşdük ki, bizim mehriban ailə kimi qalmağımız mümkünsüzdür. Əvvəl fikirləşirdik ki, ikimiz də sənət adamıyıq, bir yerdə çalışarıq, yaxşı olar. Anladım ki, həyat prinsiplərimə uyğun gəlmir. Evliliyimdən bir manatın belə sahibi olmamışam.
Duetlərimizi çıxartsam, maşınımı da, evimi də dəyişə bilərdim. Lakin etmədim. İstədim bilsinlər ki, bəzi tanınmışlar kimi ona görə evlənməmişəm. Hər şey çox gözəl başladı. Düşündüm ki, bizi kimsə ayıra bilməz. Heç bir ailənin dağılmasını istəmirəm. Uşağıma yoxluğumu hiss etdirməyəcəm. Fikrimcə, imkan verilməlidir ki, ailə qurulsun.
Hər insana, cütlüyə, övlada azadlıq lazımdır. Hərə bir fikir deyəndə düşüncələr qarışır. Natavanın əvəzindən nəsə deyə bilmərəm. Öz fikirlərimi dilə gətirdim. Ona qarşı sevgim qalmayıb. Geri qayıtmaq fikrim yoxdur. Düşünürəm ki, şərait imkan verməz buna, alınmaz. Mən sülh tərəfdarıyam, səs-küy və davanı xoşlamıram”.
Qeyd edək ki, cütlüyün bu evlilikdən bir oğlan övladları var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda müharibəyə çağırış edənlər cəzadan qaça bilməyəcək - RƏY
13:02 12.03.2026
Gündəm
İsraildə yaralananların sayı 2745-ə çatıb
12:51 12.03.2026
Dünya
Zənginlər müharibədən qaçmaq üçün SƏRVƏT XƏRCLƏYİR
12:40 12.03.2026
Gündəm
Gəncədə sahibsiz itlərin toplanmasına başlandı - FOTO
12:26 12.03.2026
Ölkə
Qebreyesus səhiyyəyə çox az vəsait ayrılmasından şikayətlənib
11:38 12.03.2026
Gündəm
"Bitcoin"in qiyməti yenidən 69 min dollara enib
11:10 12.03.2026
İqtisadiyyat
Azərbaycan neftinin qiyməti 95 dolları ötdü
09:58 12.03.2026
İqtisadiyyat
Qızıl və gümüş ucuzlaşdı
09:48 12.03.2026
İqtisadiyyat
"Hizbullah" İsrailə qarşı əməliyyata başladığını elan edib
09:14 12.03.2026
Gündəm
Astroloqlardan 3 BÜRCƏ xəbərdarlıq
08:38 12.03.2026
Maraqlı
Kişilər gizlicə hansı bədən tipinə baxır?
08:02 12.03.2026
Media