Nesrin Cavadzadədən botoks iddialarına cavab: “Təravətli görünməyə alışmamısınız”

Nesrin Cavadzadə ötən aylarda Kadir Taner Uçar ilə Bodrumda sadə nikahla ailə həyatı qurmuşdu.

Sherg.az xəbər verir ki, son günlər aktrisa sosial şəbəkələrdə botoks etdirməsi ilə bağlı iddiaların və tənqidlərin hədəfinə çevrilib. İzləyicilərdən “botoksunuzu azaldın” kimi şərhlər gəldikdən sonra Cavadzadə bu iddialara cavab verib.

Aktrisa deyib:

“Botoksumu göstərirəm, baxın. Həyatınızda belə botoks görmüsünüz? Siz bu yaşda bir qadının bu qədər təravətli görünməsinə alışmamısınız. Əgər botoks etdirmiş olsam, bu kimin nə işinə yarayar?”

O, həmçinin görünüşünə dair şərhlərin əsassız olduğunu və bunun şəxsi məsələ olduğunu vurğulayıb.

Cavadzadənin cavabı sosial şəbəkələrdə geniş rezonans doğurub.