Pentaqon Taylor Svift haqqında sui-qəsd nəzəriyyələrini rədd edir
Yusif Nəzərli
23:38 13.01.2024
Şou
559
“Forbes”in “Ən Güclü Qadınlar” siyahısında beşinci yeri tutan və “Time” jurnalı tərəfindən ilin adamı seçilən Teylor Svift son zamanlar dünyanın ən çox danışılan adlarından birinə çevrilib. Müğənninin “Pentaqon layihəsi” olduğu iddia edilib.
Sherg.az xarici KİV-ə istinadən xəbər verir ki, musiqi karyerası boyunca aldığı mükafatlarla tarix yazan amerikalı müğənni Taylor Svift, mahnıları ilə qırdığı rekordlarla, dünya turnesi ilə səs-küy salan, kino tarixini yazaraq "Time" jurnalı tərəfindən 2023-cü ilin adamı seçilib.
Uğurları ilə adından söz etdirən 34 yaşlı müğənninin "Pentaqon layihəsi" olduğu iddia edilib. ABŞ-da yerləşən "Fox News" xəbər kanalında "Jesse Waters Primetime" proqramını aparan Cessi Uotters "Taylor Sviftin bu qədər uğur necəqazandığını heç düşünmüsünüzmü?" deyə soruşub.
“Təxminən 4 il əvvəl Pentaqonun psixoloji əməliyyatlar bölməsi Taylor Svifti aktivləşdirmək qərarına gəldi”, - deyə aparıcı bildirib. Uotters yayım zamanı bəzi görüntülər paylaşıb. Görüntülərdə 2019-cu ildə NATO danışıqlarında məruzəçi Svifti qlobal təsirə malik adlardan biri kimi göstərir.
"Bu, realdır. Pentaqonun psixoloji əməliyyatlar bölməsi NATO-ya təklif edir ki, Taylor Svift dezinformasiya ilə mübarizə üçün istifadə olunsun", - Uatters bildirib.
Bu xəbərdən sonra Pentaqon açıqlama verib. ABŞ Müdafiə Nazirliyinin sözçüsü Sabrina Sinq müğənninin hit olan "Shake It Off" mahnısına istinad edərək, "Bu sui-qəsd nəzəriyyəsinə gəlincə, biz onu sarsıdacağıq" deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya