QALMAQAL: "Naziləni məhkəməyə verəcəm" - Fatimə
12:37 13.10.2023
Şou
763
Rəqqasə Fatimə Fətəliyeva ötən gün "Bizimləsən" verilişində yaşananlardan danışıb.
Axşam.az-a açıqlama verən sənətçi yanlış anlaşıldığını söyləyib. O bildirib ki, şair Nazilə Səfərli ilə barışığı özü istəməyib:
"Fatimə verilişə üzr istəməyə getməyib, yaltaq deyil. Fatimə sözünün ağasıdır. Mən verilişdə olmayanda zəng vurub kimlərinsə adından (müğənni Nazənin Salayeva və aparıcı Lamiyə Ələkbərova nəzərdə tutulur - red.) danışır, guya, onlara Fatimə nalayiq cavab verib. Heç adını çəkdiklərin sənə "salam" vermir. Fatimə kiməsə nalayiq söz deyəcək tərbiyyəyə sahib deyil".
Fatimə bildirib ki, Nazilə ondan əl çəkməsə məhkəməyə müraciət edəcək:
"Dediyin, 50 min manat 500 manata düşüb. Özü də qərarda "üzr istəmək" də yoxdur. Belə getsə, məndən əl çəkməsən mən səni məhkəməyə verəcəyəm. Çünki məhkəmə 500 manatla bağlanmalıdır. Fatiməni unut, get işinlə məşğul ol, xına yax. Fatimə də səni unutsun.
Mən verilişdən gedəndən sonra Naziləni efirə qoşublar. Mən olmayanda bunun edilməsinin düzgün olmadığını hesab edirəm. Orada adını çəkdiyin "ağbirçək" var. Onların neçə yaşı var ki? Sizin neçə yaşınız var? O "ağbirçək" neçə ildir sənə "salam" vermir?".
Qeyd edək ki, ötən gün "Bizimləsən" proqramında aparıcı Zaur Baxşəliyev Naziləyə zəng edərək Fatimə ilə onu barışdırmaq istəyib. Nazilə telefoni aparıcının üzünə bağlayıb. Zaurun "Fatimə buna meyillidir" sözləri qarşı tərəfi özündən çıxardıb. Fatimə bu sözlərə etiraz edərək "Elə danışdın, guya, efirə gəlmişəm ki, məni barışdır. Mənim heç barışmaq fikrim yoxdur. Verilişinizə hörmətlə yanaşıram, dəvət etmisən gəlmişəm. Mənim addım atmağa, o insanı görməyə meylim yoxdur. Burada başqa cür anlaşılır. Guya, Fatimə dediyindən peşman olub və üzr istəməyə gəlib. Heç kimdən üzr istəməyəcəyəm".
Əlavə edək ki, Nazilə məhkəmədə Fatimədən 50 min təzminat istəyib. Nazilə məhkəmədə qalib gəlib, Fatimə isə apellyasiyaya müraciət edib. O, bir müddət əvvəl apellyasiya məhkəməsini də uduzub. Məhkəmə şairin istədiyi 50 min manatlıq təzminatı isə 500 manata düşürdüb.
Xatırladaq ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla" sözlər səbəb olub. Ondan sonra Fatimə bu sözlərin ona aid olduğunu söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya
Martines əməliyyatdan imtina etdi: DÇ-də sınıq barmaqla oynayır
13:03 29.06.2026
Futbol
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
12:40 29.06.2026
Ekologiya
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya
Prezident: Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzinə çevrilir
10:57 29.06.2026
Gündəm
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
10:33 29.06.2026
Mədəniyyət