"Survivor 2026" yarışmasından kənarlaşdırılan Seren Ay Çetin açıqlamaları ilə gündəmdə qalmaqda davam edir.
Sherg.az xəbər verir ki, Çetin yarışma iştirakçısı Sercan Yıldırımın şəxsi həyatı ilə bağlı diqqətçəkən iddialar səsləndirib. Onun sözlərinə görə, Sercan Beyzanın səmimi münasibətini yanlış qiymətləndirib və hətta onunla evlənməyi düşündüyünü deyib.
Seren Ay Çetin bildirib ki, Beyzanın həyatında başqa birinin olduğunu dəfələrlə Sercana xatırladıb və ona “qızın sənə qarşı mehriban davranışını fərqli anlamamalısan” xəbərdarlığını edib.
O, həmçinin Sercanın qadın iştirakçılara qarşı flirt xarakterli davranışlar nümayiş etdirdiyini və əvvəllər də oxşar münasibəti başqa iştirakçıya göstərdiyini iddia edib.
Qeyd edək ki, səsləndirilən fikirlər Seren Ay Çetinin şəxsi iddialarıdır və mövzu ilə bağlı Sercan Yıldırım tərəfindən hər hansı açıqlama verilməyib.