Yaşar Nurinin qızı:"Atam dedi ki, ondan sənə ər olmaz"
Yusif Sultanoğlu
12:32 03.07.2021
Şou
1095
"İrad tuturlar ki, atanın vəfatından 9 il keçib. Amma sən hələ də onunla, keçmişlə yaşayırsan. Həmişə demişəm ki, ata ilə qız arasında olan bağlılıq heç bir eşqdə, məhəbbətdə yoxdur".
"Sherg.az" xəbər verir ki, bu sözləri "Zaurla Günaydın" verilişində mərhum xalq artisti Yaşar Nurinin qızı Ülkər deyib. O, həyatına girəcək insanı da atasına bənzətdiyini söyləyib:
"Hazırda həyatımda kimsə yoxdur. Lakin təsəvvürümdə canlandıranda atama oxşadıram. Bəzi məqamları çıxmaq şərtilə atam xasiyyətdə olmasını istəyirəm. Ailəcənli, evini sevən, hökmlü olsun. Etiraf edirəm ki, bir dəfə ailəli olub, ayrılmışam. Hamının başına gələ biləcək bir işdir. El adəti ilə toyum da olub. Həm də bir birimizi sevirdik. O, dəyər bilmədi. Başa düşdüm ki, sevmək həmin insanla bir evdə yaşaya biləcəyin mənasına gəlmir. İndiki ağlım olsa, o adamla ailə qurmazdım. Məncə, insan bir-birini anlamalı, dəyər verib, hörmət etməlidir. Bu, hər şeydən gözəldir. Mən evlənəndə atam sağ idi. Keçmiş həyat yoldaşımla ailə qurmağımı istəmirdi. Lakin mən sevdiyimi söylədim. Atam da razılaşmalı oldu. Amma oğlanı görəndə dedi ki, ondan sənə həyat yoldaşı olmaz. Atam yaxşı psixoloq idi. Mən isə peşman deyiləm. Bir xanım kimi sevənlərim çoxdur. Sadəcə ürəyimə yatan insan yoxdur. Yanımdakı insan məndən güclü olmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə aparır - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
ABŞ BMT-yə terrorizmlə mübarizə üzrə yeni strategiya təqdim edəcək
18:07 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə