Abşeronun Kələzağ kəndində qədim yaşayış yeri aşkarlanıb.
Oxu.Az xəbər verir ki, sözügedən yaşayış yerini tədqiqatçı Faiq Nəsibov və AMEA-nın arxeoloqu İdris Əliyev tapıblar.
Qeyd edək ki, tapılan abidə Tunc dövrünə məxsusdur və Abşeronda qalan ən son abidələrdən biridir.
Aşkarlanan abidədə təmizlik işləri aparan F.Nəsibov və İ.Əliyev tapılan unikal kompleksin hazırda təcili qoruma altına alınmalı olduğunu bildiriblər. Əlavə olaraq qeyd ediblər ki, həmin abidədə geniş arxeoloji işlər aparılmalıdır.
Sözügedən abidənin görüntülərini təqdim edirik: