Alimlər Almaniyada ən qədim insanların ayaq izlərini tapdıqlarını bəyan edib. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, ayaq izlərinin 300 min il yaşamış “Helberg insanları” ailəsinə aid olduğu bildirilib. Bu insan toplumu nəsli kəsilmiş hesab edilir. Onlara aid ayaq izlərinin tapılması arxeologiya elminin növbəti uğuru hesab edilir. “Helberg insanları” Buz dövrü adlandırılan, təxminən 2 milyon 580 min illlə 11 min 700 il əvvəli əhatə edən Pleyistosen çağında yaşayıblar. Bu insanların qalıqlarına ilk dəfə 1907-ci ildə, Heidelberg yaxınlığındakı daş mədənində rast gəlinib. Tapılan çənə sümüklərinin “Helberg ailəsi” insanlarına aid olması müəyyənləşib. Çənə sümüyünün dişləri kiçik olsa da, sümüklər xeyli dərəcədə böyük və ağır olub. Buna oxşar sümük qalıqları İspaniyada da tapılıb. İspan ailmləri çənə sümüklərinin eramızdan 600 min il əvvəl yaşamış “Homo antecessor” insan ailəsinə aid olduğunu bildirib. Alman alimlərin üzə çıxardığı ayaq izlərinin fərqli xüsusiyyəti onların heyvanların ayaq izləri ilə yanaşı olmasıdır. Bu isə o dövr insanlarının heyvanlarla eyni məkanı, eyni ərazini paylaşdığını, heyvanlarla iç-içə yaşadıqlarının təsdiqidir. Tübingen Universitetinin alimləri bildirib ki, ərazidə otlaq sahələri, geniş göl olub. Fillər, kərgədan və cütdırnaqlı heyvanlar sürülərlə bura su içmək və yuyunmaq üçün gəlib. Ərazidə həm də “Heiderberg xalqı”ndan ibarət kök ailə də yaşayıb. Tapılan insan ayağı izlərindən ikisinin uşağa, ya da gənc birisinə aid olduğu deyilir. Ayaq izləri ovdan daha çox gəzintiyə çıxmış insanların ayaq izlərinə oxşayır. Ayaq izləri arasında nəsli tükənmiş fil növü – “Palaeoloxodon antiques”a aid izlərin olması mülahizəsi də var. Alimlər bu tapıntıların o dövrdəki insanların yaşamına işıq salacağına inanırlar.
300 min il yaşı var:Ən qədim ayaq izləri tapıldı
12:42 18.05.2023
Tarix
445

Oxşar xəbərlər
Xəbər lenti
İYİ Partiyasından Ərdoğana təbrik mesajı
21:44 28.05.2023
Dünya
Ərdoğan: “Ölkəmizi bizə əmanət edən hər kəsə minnətdaram”
21:29 28.05.2023
Gündəm
Prezident Ərdoğana zəng edib, onu qələbə münasibətilə təbrik edib
21:19 28.05.2023
Gündəm
Ceff Bezos tənqid edildi
20:45 28.05.2023
Dünya
İranda zəlzələ olub
20:23 28.05.2023
Dünya
İsrailin Prezidenti Prezident İlham Əliyevi təbrik edib
19:49 28.05.2023
Gündəm
Seçki qutularının 61,4 faizi açılıb:Ərdoğan 55,26 faizlə liderdir
19:31 28.05.2023
Gündəm
NATO-dan Kosovoya çağırış: Gərginliyi artırmayın...
19:01 28.05.2023
Dünya
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə telefonla danışıb
18:36 28.05.2023
Siyasət
Dəvələr də klonlanır: Ərəblər bunu da etdi
18:32 28.05.2023
Dünya
Türkiyədə səsvermə başa çatıb
18:16 28.05.2023
Dünya
İtaliya səfirliyi Azərbaycan xalqını təbrik edib
18:04 28.05.2023
Gündəm
KİV: İsrail Prezidenti mayın 30-da Azərbaycana səfər edəcək
17:36 28.05.2023
Gündəm
Laçında İşğal və Zəfər Muzeyi Kompleksinin təməli qoyulub
17:16 28.05.2023
Aktual
Dövlət başçısı Laçın şəhərinə qayıdan əhali ilə görüşüb
16:30 28.05.2023
Gündəm
Gənə sancmasından öldü
16:16 28.05.2023
Hadisə