İkinci Dünya Müharibəsinə az qalmış Bursada başlayan "müharibə" bu gün də xatırlanır. Bütün zamanların ən sirli hadisələrindən sayılan və dünyanın belə izah edə bilmədiyi bu xaosda bu dəfə tərəflər insanlar deyil, qartallar və leyləklər idi!
Sherg.az türk mediasına istinadən xəbər verir ki, 20-ci əsrin əvvəlləri bir çox ölkə üçün çox ağrılı bir dövr oldu. İki böyük dünya müharibəsinin baş verdiyi bu dövrlərdə xüsusilə Almaniyada baş verən siyasi proseslər bütün diqqəti bu ölkəyə çevirdi. Almaniyada başlayan nasizm dalğası tezliklə Adolf Hitlerin hakimiyyətə gəlməsi ilə bütün dünyanı xaosa sürükləyirdi. Bütün bu xaosun içində Türkiyədə görünməmiş bir “müharibə” başladı. İkinci Dünya Müharibəsindən cəmi 17 gün əvvəl başlayan xaosun tərəfləri qartallar və leyləklər idi.
Hər şey avqustun 14-də səhər saatlarında Bursada 6 qartalın leylək yuvasına hücumu ilə başlayıb. İkinci Dünya Müharibəsindən cəmi bir neçə gün əvvəl quşların belə öz aralarında ixtilafda olduğu həmin gün Uludağ zirvələrindən enən 6 qartal Orhanqazidəki leylək yuvasına xaincəsinə hücuma keçdi. Hadisə zamanı ana və ata leylək ölüb, qartallar qalan 4 balasını qaçırıblar. Üstəlik bütün bu anlara ətrafdakılar da şahid olublar.
BAŞQA YERLƏRƏ DƏ SIÇRADI
Cəmi bir neçə gün sonra başqa bir qrup qartal da eyni şəkildə leylək yuvalarına hücum etdi. Lakin bu dəfə diqqəti cəlb edən mühüm bir detal var idi. İlk hücumdan sonra leyləklər öz aralarında təşkilatlanaraq ünsiyyət qurub və hücumdan əvvəl daha təhlükəsiz ərazilərə köçüblər. Qartalların leylək yuvalarına basqınları təkcə Bursada deyil, Aydın və hətta Trakya da daxil olmaqla daha geniş bir bölgəyə yayılmağa başladı. Bu ərazilərə yüzlərlə leylək axışaraq bir yerə toplaşmağa başladı. Necə ki, qartallar öz aralarında toplanaraq leyləklərlə aralarındakı münaqişənin həllini tapdılar.
Ümumilikdə 2 ay davam edən bu prosesin sonunu hər kəs qorxu və maraqla gözləyirdi. Hətta qəzetlər qartalla leylək arasındakı bu qarşıdurmanı manşetlərə çıxarıblar. Bursada başlayan və qısa müddətdə digər vilayətlərə yayılan bu müəmmalı "müharibə"nin səbəbi bir çox elm adamlarını maraqlandırırdı. Üstəlik, Türkiyədəki bu qəribə vəziyyətə xarici mətbuat da biganə qala bilməzdi. ABŞ-da çıxan “New York Times” qəzeti Türkiyədəki quş müharibəsi ilə bağlı oxucularına heyrətlə danışıb. Səbəbi bu gün də məlum olmayan bu "müharibə"də onlarla quş həlak olub.
YERDƏN İZLƏDİLƏR
Aydının Menderes Deltası səmasında görünən döyüş havada qanlı mübarizəyə səhnə olub. Bölgədəki hər kəs bu döyüşü seyr etmək üçün başını qaldırdı və bir daha şahid ola bilməyəcəkləri quş döyüşünü qorxu içində seyr edirdilər. "Müharibə" dayandırıla bilməzdi. Yırtıcı qartalların pəncələri leyləklərin uzun və sivri dimdiyi ilə toqquşurdu.
KƏNDLİLƏR LEYLƏKLƏRİN TƏRƏFİNDƏ İDİ
Kənd camaatının ürəyi "müharibə"nin qurbanı olan leyləklərlə idi. Yaralı nəhəng quşlar yerə enən zaman onlarla insan heyvanların yaralarını sarmağa çalışırdı. Gənc və çevik kənd sakinləri ağaclardakı leylək yuvalarına dırmaşaraq leylək balalarına yem verirdilər. Yüzlərlə insan Türk Qızıl Aypara Cəmiyyətinin dövrəyə girməsindən yanaydı. Hətta Baş Qərargah rəisi marşal Fevzi Çakmakın da bu savaşa müdaxiləsini istəyənlər var idi. Bu dövrdə "müharibə" günlərlə uzanır və genişlənirdi.
SAVAŞI KİM QAZANDI?
Kənd camaatı nəhəng köçəri quşlara həm ürəkləri ilə, həm də leyləklərə verdikləri yardımla dəstək oldular. Özlərinin hazırladıqları döyüş strategiyaları ilə qartallara qarşı vuruşan leyləklərin üstünlüyü açıq şəkildə görünürdü.
Gənc leyləklər qartalları yorur, təcrübəli qocalar isə yorğun qartallara ölümcül dimdiyi vururdular. Leyləklər qartallara döyüşü meşələrə, dağlıq ərazilərə aparmağa imkan verməyib. Hər yerdən ölü və yaralı quş xəbərləri gəlirdi. Müharibənin genişləndiyi Aydın, Bursa və Trakyada sayı yüzlərlə olan ölü və yaralılar gündəmdə olub. Mətbuatda sətir-sətir öz əksini tapmış, bu hadisələr bütün zamanların ən müəmmalı hadisələrindən birinin bu günə qədər gəlib çatmasını təmin etmişdir.
Dəqiq sayı məlum olmasa da, bu müəmmalı hadisədə 50-dən çox leylək və 40-a yaxın qartalın öldüyü bildirilir. Günlərlə davam edən "müharibə"nin sonunda ölənlərin sayına görə leyləklər qalib gəlsə də, təbii ki, hələ uşaq yaşlarında ölü heyvanlara rast gələn, hələ həyatı dərk etməyən ölümün soyuq üzü ilə burun- buruna gələn uşaqlar üçün əlbəttə bu rəqəmin heç bir mənası yox idi.