"Fikrimin İncə Gülü"Atatürkün sevimli mahnıları alboma çevrilir

Övladlığa götürdüyü qızı Ülkü Adatepenin vəsiyyəti ilə Atatürkün sevilən mahnıları albom halına salınacaq. Albomda Atatürkün özünün yazdığı şeirlər də yer alacaq.
 
Sherg.az xəbər verir ki, Atatürkün "Yəmən nəğməsi"ndən "Vardar Ovası"na, "Aklımın İncə Gülü"ndən "Sarı Zeybək"ə qədər sevilən mahnıları albomlara çevrilir.
 
2012-ci ildə dünyasını dəyişən Atatürkün övladlıq qızı Ülkü Adatapənin vəsiyyəti ilə xüsusi albom hazırlandığı açıqlanıb.
 
NTV-də yayımlanan xəbərə görə, "Vasiyyət" adlı albomda "Ah Bu Gönül Şarkıları", "Yemen Türküsü", "Vardar Ovası" və "Fikrimin İncə Gülü" kimi 9 mahnı yer alacaq.
 
İlkin hazırlıqları hələ də davam edən layihədə Ülkü Adatepenin tövsiyə etdiyi Ajda Pekkan, Candan Erçetin, Cem Adrian və Seçil Heper kimi sənətçilərə əsərləri səsləndirmək təklif olunub.
 
Albomda dünya şöhrətli sənətçi ilə türkiyəli müğənninin dueti, sürpriz adla oxunacaq Atatürkün Ülkü Adatəpəyə” şeiri də yer alacaq.