
28 May milli ruhunu və dövlətçilik düşüncəsini formalaşdıran tariximizdir -Parlamentari
13:15 27.05.2025
Tarix
986
Tarix 1918-ci il, 28 may. Azərbaycan xalqı əsrlər boyu həsrətində olduğu azadlığa qovuşur. Məhz bu gün müsəlman Şərqində ilk dəfə demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyəti elan edilir. Cəmi 23 ay yaşamasına baxmayaraq, Cümhuriyyət azad mətbuat, milli ordu, parlament və təhsil islahatları ilə dövlətçilik tariximizdə silinməz iz qoyur. 28 May – Müstəqillik Günü bu gün də azadlıq ruhunun, milli kimliyimizin və müstəqillik ideallarımızın təntənəsidir.
Milli Məclisin deputatı Aydın Hüseynov Sherg.az-a bildirib ki, 28 May –Müstəqillik Günü bu günümüzün və gələcəyimizin ideya əsaslarını, milli ruhunu və dövlətçilik düşüncəsini formalaşdıran tariximizdir:

"Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən, xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş verdi, müsəlman Şərqində ilk parlamentli respublika yarandı. 23 ay yaşasa da zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoydu, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladı. Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Xalq Cümhuriyyəti dövründə universitetlə yanaşı, digər ali və orta təhsil müəssisələrinin, habelə mədəniyyət ocaqlarının açılması üçün hazırlıqlar görülmüşdü. Azərbaycan Xalq Cümhuriyyəti hökumət quruculuğunda ədliyyə sahəsinə xüsusi önəm verib və məhz 1918-ci il mayın 28-də - Cümhuriyyətin yarandığı gün Ədliyyə Nazirliyi də təsis edilib. Həmin ilin noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradılıb, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları qurulub, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti oldu".
Deputat qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti məlum səbəblərdən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı:
"1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycan ilk illərdə ölkəyə rəhbərlik edən ünsürlərin idarəçilik qabiliyyətinin yoxluğu, siyasi savadsızlığı, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalsa da, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra uğurlu daxili və xarici siyasətin nəticəsində özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi. “Bizim əsas dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir” söyləyən dövlət başçısı İlham Əliyev dediyi kimi, biz müstəqil ölkə kimi yaşayırıq. 28 May – Müstəqillik Günü xalqımızın azadlıq əzmini, müstəqil yaşamaq iradəsini və milli dövlət quruculuğuna sadiqliyini əks etdirir. Azərbaycan dövləti şanlı tarixi böyük qürurla yad edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı