Kreml Paşinyanın Minskdə Aİİ sammitinə getməmək qərarından təəssüflənir

Rəsmi Moskva Ermənistanın Baş naziri Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının Minskdə keçiriləcək iclasında şəxsən iştirak etməmək qərarından təəssüflənir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, buna baxmayaraq, Paşinyanın iclasda onlayn iştirak edəcəyini xatırladıb: “Ermənistan Aİİ üzvüdür. Mühümdür”.
Qeyd edək ki, Paşinyan Aleksandr Lukaşenko hakimiyyətdə olduğu müddətdə bir daha Belarusa səfər etməyəcəyini bəyan edib.