
Azərbaycanda ilk: Rəsulzadənin məktublarının orijinalları nümayiş olunacaq
Yusif Nəzərli
00:30 11.01.2024
Tarix
3812
"Cənab Prezidentin Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi ilə bağlı Sərəncamı hamı kimi məni də çox sevindirdi".
Bu sözləri "Sherg.az"a açıqlamasında Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, "Rəsulzadə ev muzeyi" İctimai Qrupunun və "Rəsulzadə-140" yubiley Təşkilat Komitəsinin üzvü Fərhad Cabbarov deyib.
Tarixçi-alim bildirib ki, bu Sərəncam Azərbaycanda dövlətçilik ənənələrinin varisliyinin təzahürü kimi qəbul olunmalıdır:
"Bir halda ki müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab olunur, hamımızın borcudur ki, Cümhuriyyətin irsini yaşadaq, ona hörmət edək. Həmçinin Cümhuriyyətin qurucularını hər zaman xatırlayaq. Hesab edirəm ki, bu Sərəncam Rəsulzadənin, müstəqil Azərbaycan Cümhuriyyətinin ilk dövlət başçısının xatirəsinin əbədiləşdirilməsi baxımından çox mühüm sənəddir".

F.Cabbarov vurğulayıb ki, Azərbaycan Tarixi Muzeyində yeni yaradılmış ekspozisiyada ilk dəfə olaraq Məhəmməd Əmin Rəsulzadəyə aid bəzi eksponatlar nümayiş olunacaq:
"Eksponatlar arasında Rəsulzadənin mühacirət dövründə yazdığı məktubların orijinalları nümayiş olunacaq. Bundan başqa, mühacirətdə olarkən nəşr etdirdiyi kitabların bəziləri sərgilənəcək. Əvvəlki ekspozisiyada olduğu kimi M.Ə.Rəsulzadənin Ankarada yaşayarkən xanımı ilə birlikdə toxuduğu üçrəngli bayrağımız da yenidən sərgilənəcək. Onu da qeyd edim ki, yanvar ayının sonunda "İkinci Beynəlxalq Rəsulzadə qiraətləri" keçiriləcək. Qiraətlərin keçiriləcəyi məkanlardan biri də məhz bizim Azərbaycan Tarixi Muzeyi olacaq. İl boyu da tələbələrin iştirakı ilə müxtəlif elmi-seminarların keçirilməsini nəzərdə tuturuq. Seminarlara Rəsulzadə irsi ilə məşğul olan alimləri dəvət etmək niyyətindəyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə