Faiq Ələkbərli: Rəsulzadə irsi mütləq gənclər tərəfindən öyrənilməlidir
Yusif Nəzərli
02:00 11.01.2024
Tarix
4453
Dövlət-xalq-hakimiyyət bütünləşməsi həmin dövrdə zəruri idi və bu gün də olduqca önəmli məsələdir
Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi 55 milyonluq azərbaycanlılar üçün olduqca əhəmiyyətlidir
“Ümid edirəm, yeni nəsil bunları öyrəndikcə, həm Türk dünyasında öz yerini görəcək, bütöv Azərbaycanın nə olduğunu anlayacaq, həm də çağdaş dövrdə dövlətçiliyi daha yaxşı mənimsəyəcək”
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi ilə bağlı Sərəncam haqqında müzakirələr aparılıb. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri kimi XX əsrin əvvəllərində milli dövlətçilik quruculuğu prosesində yaxından iştirak edib. Akademik AMEA-nın bir sıra elmi müəssisələrində Rəsulzadənin yaradıcılığı ilə bağlı tədqiqatların aparıldığını, sözügedən Sərəncamın onun irsinin yenidən araşdırılmasına işıq salacağını söyləyib. Həmçinin Sərəncamın icrasını təmin etmək məqsədilə Akademiyanın Humanitar Elmlər və İctimai Elmlər bölmələrinə AMEA-nın Tədbirlər planının hazırlanması üçün müvafiq tapşırıqlar verilib.
M.Ə.Rəsulzadənin 140 illiyinin qeyd olunması ilə bağlı görülən hazırlıq işlərinə diqqət çəkən AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli "Sherg.az"a deyib ki, dövlət başçısı İlham Əliyevin Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə bağlı Sərəncamı çox təqdirəlayiq haldır. Alimin sözlərinə görə, bu, ictimaiyyət tərəfindən də müsbət qarşılandı və təqdir olundu:
"Məhəmməd Əmin Rəsulzadə XX əsr çağdaş Azərbaycan tarixinin, mədəniyyətinin, fəlsəfəsinin, dövlətçiliyinin əsas simalarından biridir. Bu baxımdan Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi nəinki 10 milyonluq Azərbaycan Respublikası, ümumiyyətlə, 55 milyonluq azərbaycanlılar üçün olduqca əhəmiyyətlidir. Bu istiqamətdə Azərbaycan Milli Elmlər Akademiyası bir sıra tədbirlər keçirəcək. O cümlədən, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunda Cümhuriyyətin qurucusu, milli ideoloq, filosof mütəfəkkirimiz Məhəmməd Əmin Rəsulzadə ilə bağlı tədbirlər baş tutacaq. Biz də məruzələrlə çıxış edəcəyik. Rəsulzadənin irsi çox önəmlidir. Rəsulzadənin irsi yaxın dövr Azərbaycan tarixinin, mədəniyyətinin, fəlsəfəsinin, dövlətçiliyinin irsi deməkdir. Azərbaycan Xalq Cümhuriyyəti qurulmasının, bayrağımızın meydana çıxmasının, həmçinin idarəetmə quruluşunun, parlamentli idarəetmə üsulunun da müəllifi Məhəmməd Əmin Rəsulzadədir. Türk və islam dünyasında demokratik parlamentli Cümhuriyyət qurmaq da məhz Məhəmməd Əmin Rəsulzadə ideyalarının nəticəsi idi".
F.Ələkbərliyə görə, Məhəmməd Əmin Rəsulzadənin irsi bir neçə istiqamətdə öyrənilməlidir:
"İlk məsələ türklük və türklüyün Azərbaycanda təcəssümüdür. Türküçülük geniş anlayışdır. Ancaq onun yeni dövrdə məhz dövlətçilik anlamında gerçəkləşməsi və bayrağımızda əksini tapması Rəsulzadənin ideyası və onun gerçəkləşdirdiyi bir məsələ idi. Bu mənada Cümhuriyyət Turan ideyasının da bir nümunəsi idi. Məhəmməd Əmin Rəsulzadə çox haqlı olaraq deyirdi ki, vahid türk dövləti deyil, müstəqil türk dövlətləri yaranmalı və onlar yaxın gələcəkdə məhz federasiya konfederasiya halında yeni bir ittifaq halında olmalıdır. Bu gün Türk Dövlətləri Təşkilatı ortadadır. Digər məqam Cümhuriyyətə Azərbaycan adının verilməsi idi və bu, təsadüfi deyildi. Min illərdən gələn bir zərurət idi. Cümhuriyyətimizə Azərbaycan adını verməklə, əslində, bütöv Azərbaycan ideyası ortaya çıxdı. Azərbaycançılıq təkcə türkləri deyil, ölkəmizdə yaşayan digər etnik qrupları da birləşdirdi. Rəsulzadə yeni dönəmdə türk dövlətçiliyinin nümunəsini ortaya qoydu. Dövlət-xalq-hakimiyyət bütünləşməsi həmin dövrdə zəruri idi və bu gün də olduqca önəmli məsələdir. Çağdaş dövlətçilik və Rəsulzadə irsi mütləq gənclər tərəfindən öyrənilməlidir. Ümid edirəm, yeni nəsil bunları öyrəndikcə, həm Türk dünyasında öz yerini görəcək, bütöv Azərbaycanın nə olduğunu anlayacaq, həm də çağdaş dövrdə dövlətçiliyi daha yaxşı mənimsəyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə