Gəncə üsyanından 101 il ötür
10:47 25.05.2021
Tarix
1338
Azərbaycan Türk Ocağı 101 il öncə rus işğalına qarşı Gəncədə başlanan müqavimət hərəkatı barədə xalqa müraciət ünvanlayıb
Müraciətdə tarixi şəraitə, vəziyyətə toxunularaq deyilir:
1920-ci il mayın 25-dən başlayaraq sovet rejiminə qarşı bir neçə gün davam edən Gəncə üsyanından 101 il ötür. Üsyanın məqsədi Azərbaycanı sovet işğalından azad etmək, kommunistlərin özbaşınalığına son qoymaq idi. Bu üsyan XX əsrdə Azərbaycanın işğalına qarşı baş verən ən böyük və ən çox itkiyə səbəb olmuş siyasi, hərbi müqavimət hərəkatıdır. Uzun illər kütləvi müqavimətə "kortəbii üsyan" deyilsə də, bu rusların bizə inandırdığı yalan idi. Üsyanın təşkilatçıları və istiqamətverici qüvvəsi Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri, əsas rəhbərləri isə Məhəmməd Mirzə Qacar, Cavad bəy Şıxlinski və Cahangir bəy Kazımbəyli olub. Silahlı müqavimət hərəkatında Azərbaycan Ordusunun 1-ci piyada diviziyası, 3-cü Gəncə alayının bölmələri, bir top batareyası, komendant bölüyü, Qaçaq Qəmbərin, Qaçaq MəmmədQasımın və Sarı Ələkbərin partizan dəstələri, digər qaçaqlar və ümumilikdə 10 mindən artıq vətənpərvər döyüşçü iştirak edib.
"Azərbaycan" qəzetinin redaktoru, Ceyhun Hacıbəyli Gəncə üsyanını belə qiymətləndirirdi:
“Gəncə üsyanı - Millətimizin Şərəf və Namusunun yenidən kəsbi - etibar qazandığı bir dastandır! Gəncədə may ayında tökülən türk qanı 27 aprel hadisəsində millətimizə atılan şərəfsizlik ləkəsini silib götürdü!”
XI Qırmızı Ordu komandanlığının Gəncəyə əlavə qüvvələr gətirməyi ilə yaranan qeyri - bərabər güc nəticəsində Gəncə üsyanı xüsusi amansızlıqla yatırılıb. Həmin günlərdə on mindən artıq vətənpərvər insan, istiqlal fədaisi şəhid olub. Tədqiqatçıların yazdıqlarına görə, bir həftə ərzində hər iki tərəfdən ümumilikdə təxminən 20 min adam ölüb.
Gəncədə başlanan bu hərəkat bütün respublika ərazisində zəncirvari şəkildə üsyanlara səbəb olub. Sonradan Tərtərdə, Lənkəranda, Qarabağda, Zaqatalada, Qubada və digər bölgələrdə müxtəlif üsyanlar baş tutsa da, 1924-cü ildə qədər baş verən üsyanlardan heç biri Gəncə müqaviməti qədər böyük olmayıb.
Əziz xalqımız, unutmayaq ki, rus imperiya rejimi hələ məhv olmayıb, Azərbaycanın istiqlalını həzm edə bilmir. Belə çətin dönəmdə hamını birliyə, bərabərliyə və Azərbaycan İstiqlalını göz bəbəyi kimi qorumağa çağırırıq.
Azərbaycan Türk Ocağı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya