"Özümü Məhəmməd Əmin Rəsulzadənin yerinə qoydum..."
Turan
08:26 28.05.2021
Tarix
981
Rəis Rəsulzadə babasının obrazını canlandırıb
Bu gün Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümüdür. 103 il əvvəl 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib. Cümhuriyyətin elan olunması azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.
Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli xan Xoyski idi. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb. Müstəqil Azərbaycan Xalq Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən Cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər və s. azadlıqlar təmin edib. Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub.
1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qəbul edilib. O zamana qədər Cümhuriyyətin bayrağı qırmızı rəngdə idi.
Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüf ki, müstəqil Cümhuriyyət iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalaraq müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Respublika Günü dövlət bayramı kimi qeyd edilir. Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb.
Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, tanınmış rəssam Rəis Rəsulzadə “Şərq TV”-yə müsahibəsində Cümhuriyyətin hamı üçün çox böyük dəyər olduğunu deyib. Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salan “Son iclas” filmində Məhəmməd Əmin Rəsulzadənin obrazını canlandırmasından və yaşadığı duyğulu anlardan bəhs edib:
“İstanbulda dəniz sahilində filmin son səhnələri çəkilirdi. Rejissordan xahiş etmişdim ki, özüm kimi, sərbəst hərəkət edim. Çəkiliş zamanı özümü babamın yerinə qoydum. Çünki babamı tanıyıram, ailə əhvalatımızı yaxşı bilirəm. Nənəmin dediklərinin hamısı yaddaşımdadır. Rəsulzadənin keçirdiyi hissləri dərindən hiss edərək onun obrazını canlandırdım. Nəticədə bütün kadrlar əla alındı və film çox gözəl qarşılandı. Babam Azərbaycanı tərk edəndən sonra Stalin onu məcburi Moskvaya aparıb və ona yüksək vəzifələr təklif edib. Stalin deyirmiş ki, “Rəsulzadə çox qəribə adamdır, biz nə qədər vəzifə təklif etsək də, hamısından imtina etdi”. Sonra babam Rusiyadan Finlandiyaya gedir və oradan Stalinə məktub yazır ki, “bizim dostluq münasibətlərimiz olsa da, mən öz mübarizəmi sonadək aparmalıyam”. Həmişə Türkiyəyə getməyə can atırdım. Qardaş ölkəyə ilk səfərim Rəssamlar İttifaqının xətti ilə 1997-ci ildə oldu. İstanbulda 18 gün qalmalıydım. Amma Türkiyəyə səfər edən günün sabahı Ankaraya yollandım və babamın məzarını ziyarət etməyə getdim. Məzar başına çatanda mənimlə olan yoldaşlar kənara çəkildilər, bizi təkbaşına buraxdılar. Orada ilk dəfə çox duyğulu anlar yaşadım”.
Oxşar xəbərlər
Heydər Əliyevin qətiyyətli addımları Azərbaycan xalqı üçün milli özünəqayıdışın başlanğıcı oldu -ŞƏRH
17:36 15.06.2026
Milli Qurtuluş Günü xalqımızın birliyinin və dövlətçiliyimizin şanlı tarixidir -ANALİZ
19:05 14.06.2026
Xəbər lenti
Hamısına bax
Çıxarış olmadan mənzil alanlara xəbərdarlıq
08:11 21.06.2026
İqtisadiyyat
“Google”dan yeni layihə - Köhnə telefonları yenidən faydalı edəcək
07:09 21.06.2026
Dünya
ABŞ narkotik kartellərinə zərbələri davam etdirmək niyyətindədir
05:36 21.06.2026
Dünya
4 yaşlı oğlunu qucağına alıb 8-ci mərtəbədən atladı
04:23 21.06.2026
Hadisə
Futbolçu meydanda oyun zamanı öldü - FOTO
03:27 21.06.2026
Hadisə
Azərbaycanda ilk dəfə Beynəlxalq Tanqo Festivalı keçirilib
01:44 21.06.2026
Mədəniyyət
Şahbaz Şərif ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib
01:05 21.06.2026
Gündəm
Şotlandiyada baltalı şəxs hücum etdi: yaralılar var
00:31 21.06.2026
Dünya
Polşa Prezidenti: Zelenski bizim "qırmızı xəttimiz"i keçib
23:40 20.06.2026
Dünya
DÇ-26: Niderland İsveçi darmadağın etdi
23:21 20.06.2026
Futbol
Gəncədə 67 yaşlı qadının meyiti tapıldı
22:32 20.06.2026
Hadisə
Ağstafaya dolu düşdü
22:21 20.06.2026
Ekologiya
Müharibə əsla dayanmayacaq, İsrail bu razılaşmanı pozacaq - ŞƏRH
21:56 20.06.2026
Gündəm