Qərbi Azərbaycan İcması: “...Məzarlıqlarımızı ziyarət etmək istəyirik"
Yusif Nəzərli
09:17 16.03.2023
Tarix
1575
“Azərbaycanlıların Ermənistandan qovulması insanlığa qarşı cinayətdir”.
“Report”un xəbərinə görə, bunu Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfüqar Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında və Almaniyaya səfəri, Münhen konfransı zamanı azərbaycanlıların Ermənistandan qovulması faktını təkzib etməyə cəhd edib:
“Azərbaycanlıların Ermənistandan qovulması insanlığa qarşı cinayətdir. Baş nazirə vurğulamaq istərdik ki, Azərbaycanlıların Ermənistandan qovulması insanlığa qarşı cinayətdir”.
Qurum rəsmisi vurğulayıb ki, bu gün Ermənistan rəsmilərinin Qərbi azərbaycanlılarla bağlı silsilə bəyanatlar verməsi barədə məsələni ərazi iddiası kimi göstərməyə çalışdıqlarını görə bilərik: “Bununla da media vasitəsilə azərbaycanlılara qarşı nifrət və anti-müsəlman meyilləri yayırlar. 1988-ci ildə 11 gün ərzində 300 mindən çox qərbi azərbaycanlının qovulması deportasiyanın miqyasını və onun nə qədər sistemli şəkildə təşkil olunduğunu ortaya qoyur. Ermənistanın baş naziri bizim geri qayıtmaq hüququmuzu ərazi iddiaları kontekstində təqdim etməyə çalışır. Bu həm də etnik ayrı-seçkilik və islamofobiya əlamətidir. Biz sadəcə olaraq Vətənimizə sülh yolu ilə qayıtmaq, orada dinc yanaşı yaşamaq, müqəddəs yerlərimizi, məzarlıqlarımızı ziyarət etmək istəyirik. Ermənistanın azərbaycanlıları öz torpaqlarından qovması, onların təhlükəsiz və ləyaqətlə vətənə qayıtmasına imkan verməməsi bu ölkənin beynəlxalq təşkilatlar qarşısında insan hüquqları üzrə öhdəliklərinin ciddi şəkildə pozulmasıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə