Bakı Dövlət Universitetinin
müəllimi, tarix elmləri doktoru, professor Həsənova Lətifə Lazım qızı uzun sürən
ağır xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, o, 1968-ci ildə
orta məktəbi gümüş medalla bitirib Bakı Dövlət Universitetinin Tarix fakültəsinə
daxil olub. Universitetin əyani aspiranturasını bitirdikdən sonra BDU-nun Azərbaycan
tarixi kafedrasında müəllimlikdən professor vəzifəsinə qədər yüksəlib. Yüksək mədəniyyətə
və ensiklopedik biliyə malik olan Lətifə xanım 2005-ci ildə doktorluq dissertasiyası
müdafiə edib. Yüzlərlə elmi
məqalənin, bir neçə tədqiqat
əsərinin müəllifi olan professor,
elmi kadrların hazırlanmasında xeyli zəhmət çəkmiş
alimlərdən biri idi. Bir neçə dissertasiya şurasının və elmi, nəzəri, metodik
jurnalın redaksiya heyətinin
üzvü idi. Elmi fəaliyyəti əsasən XIX əsr Azərbaycan tarixi və XX əsrin ikinci yarısı Azərbaycanın
əhali tarixi ilə bağlı idi. Allah rəhmət
eləsin!