Milli Məclisin payız sessiyası üçün əsas prioriteti “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəyə çıxarılmasıdır. Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, komitə sözügedən qanun layihəsi üzərində iş aparır:
“Artıq İşçi qrupu müəyyənləşdirilib. İşçi qrupunun tərkibinə həm Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, həm də Təhsil Nazirliyinin və digər təhsil qurumlarının nümayəndələri daxildir. Bildiyiniz kimi, biz iyul ayında "Ali təhsil haqqında" qanun layihəsini İşçi qrupu ilə birlikdə müzakirə etmişik”.
Deputat söyləyib ki, komitə üzvü olan deputatlara və İşçi qrupunun digər üzvlərinə tapşırıqlar verilib:
“Ali təhsil haqqında” qanun layihəsinin maketi hazırlanıb və komitə üzvlərinə təqdim olunub. Düşünürəm ki, yay tətili müddətində deputatlarımız və İşçi qrupunun üzvləri öz təkliflərini hazırlayıblar. Biz komitənin sentyabr ayında keçirəcəyimiz iclasında bu sənədin ilkin layihəsini təkliflər əsasında formalaşdıracağıq. Çalışacağıq ki, qanun layihəsini payız sessiyasının plenar iclaslarına müzakirəyə çıxaraq”.
Qanun layihəsi ilə bağlı Sherg.az-a açıqlama verən millət vəkili Asim Mollazadə bildirdi ki, hazırda layihə üzərində müəyyən işlər gedir:
“Qanunla bağlı mən də təkliflərimi hazırlamışam və komitənin iclasında onları təqdim edəcəm. Düşünürəm ki, hazırda qanun layihəsi barədə məlumat verməyə ehtiyac yoxdur. Ümumiyyətlə, “Ali təhsil haqqında” qanun çox mühümdür. Təhsil və elmlə bağlı olan qanunlar ölkəmizin yalnız təhsil sistemi ilə bağlı gələcəyi üçün deyil, eyni zamanda iqtisadiyyatımza da mühüm töhfələr verir” .
Deputat qeyd edib ki, “Ali təhsil haqqında” qanun tətbiq edilən zaman mütləq xarici ölkələrin də təcrübələrindən yararlanacağıq:
“Bir sıra xarici ölkələrin təhsil sistemləri ilə bağlı işlər aparıb müsbət təcrübələri Azərbaycan təhsilinə tətbiq etməliyik. Necə ki, “Peşə təhsili haqqında” qanun qəbul edilən zaman alman peşə təhsili sistemi ilə bağlı mütəxəssisələr bu prosesdə iştirak edirdilər. Məlumdur ki, dünyada ən uğurlu peşə təhsili sistemi məhz Almaniyadadır. Həmçinin “Ali təhsil haqqında” qanunun tətbiqi zamanı da dünya təcrübəsindən yararlanmaqda fayda var”.
"Ali təhsil haqqında" qanun hazırlanır: "Beynəlxalq təcrübədən yararlanılacaq"
15:20 28.08.2019
Təhsil
470
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məni buna görə "günah keçisi" elan ediblər - Merkel
23:40 23.11.2024
Dünya
HƏMAS girovlardan birinin səsini yaydı, İsrail yoxlayır
23:19 23.11.2024
Dünya
Zelenski Trampın sülh planını yanvarda alacağına ümid edir
23:10 23.11.2024
Dünya
“Onlar Türkiyəyə köçməyib” - Hakan Fidan
22:45 23.11.2024
Dünya
COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
22:12 23.11.2024
COP29
İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
21:40 23.11.2024
COP29
Zelenski: Ukrayna yanvarda ABŞ-dən sülh planı gözləyir
21:39 23.11.2024
Dünya
COP29-un bağlanış plenar iclası keçirilir
20:42 23.11.2024
Gündəm
Fidan da təkzib etdi: Onlar Türkiyəyə köçməyib
20:32 23.11.2024
Dünya
Azərbaycan mediasının COP29 sınağı
20:28 23.11.2024
Media
Zaxarovadan Barona: Bu, Ukraynanı məhv etməkdir!
20:18 23.11.2024
Dünya
Ərdoğan Netanyahu və Qallantın həbsi ilə bağlı qərardan danışdı
19:57 23.11.2024
Dünya
Netanyahu ölkəmizə gəlsə, həbs olunacaq - Petro
19:44 23.11.2024
Dünya
"Qarabağ" növbəti qələbəsini qazanıb
19:30 23.11.2024
İdman
Hakan Fidan Lavrovla danışdı
19:06 23.11.2024
Dünya
Respublika üzrə noyabr ayının pensiya ödənişi yekunlaşıb
18:37 23.11.2024
Sosial
Türkiyə ordusu daha 7 terrorçunu məhv etdi
18:21 23.11.2024
Dünya
İranda Turan bayrağı qaldırıldı
18:00 23.11.2024
Dünya
Tramp NATO baş katibi ilə görüşdü
17:38 23.11.2024
Dünya
Qəzzada ölənlərin sayı 44 mini ötüb
17:30 23.11.2024
Dünya
Avtomobil bazarında qiymətin yüksəlməsinə rast gəlinmir -RƏY
17:22 23.11.2024
Cəmiyyət