Növbəti il üçün qəbul imtahanlarının vaxtı müəyyən olunmasa da, müzakirə olunur.
Report xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, 2020-ci ildə Bakı Formula-1 yarışları ilə yanaşı, Avropa çempionatı oyunlarına da ev sahibliyi edəcək:
"Ölkədə kütləvi tədbirlər keçirilən zaman qəbul imtahanlarının da keçirilməsi çox mürəkkəb olur. Bakıda keçiriləcək kütləvi tədbirlərin vaxtı müəyyən edildikdən sonra qəbul imtahanlarının da tarixlərini elan edə biləcəyik".