Bakı Ali Neft Məktəbinin (BANM) tələbə evində yaşayan tələbələri yataqxana xərclərindən azad olunub.
Bu barədə məlumat “Azərbaycan Universitetləri” adlı Feysbuk səhifəsində paylaşıb. Məlumata görə, universitet rektoru Elmar Qasımov xərclərin BANM tərəfindən ödənilməsi barədə qərar imzalayıb.
Məlumatı saytımıza Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zamirə Ədilova təsdiqləyib.