Danışıqlar gedir: Almaniyada türkdilli məktəblər açılacaq

 
Almaniyada türkdilli məktəblərin açılması məsələsi müzakirə olunur.

AZƏRTAC xəbər verir ki, hazırda Türkiyə və Almaniya hökumətləri bununla bağlı danışıqlar aparır.

Eyni zamanda, Almaniyada orta məktəb proqramına Türkiyə tarixi ilə bağlı fənnin daxil edilməsi əsas müzakirə predmetlərindən biridir.

Türkiyənin Ankara, İstanbul və İzmir şəhərlərində fəaliyyət göstərən alman məktəblərində tətbiq olunan oxşar qaydaların Almaniyada açılması planlaşdırılan türkdilli məktəblərdə də tətbiqi təklif edilir.