Azərbaycanlı bacılar ABŞ-da böyük uğura imza atıblar



Azərbaycanlı Əminə (18 yaş) və Əsmər Nuriyeva (17 yaş) bacıları ABŞ-ın Vaşinqton ştatındakı Linvud Ali Məktəbində böyük uğura imza atıblar.

Axar.az xəbər verir ki, Əminə və Əsmər Nuriyevalar məktəbin akademik diplomuna və ən yaxşı akademik tələbə adına layiq görülüblər.

Azərbaycanlı bacılar məktəbin könüllülük və qanvermə aksiyasında fəal iştiraklarına görə də diplomla təltif olunublar.

Qeyd edək ki, 3000 tələbədən 50-si akademik diplom, cəmi 10 nəfər isə akademik tələbə adını qazanıb.