Azərbaycanda dezinfeksiya edilən təhsil müəssisələrinin sayı açıqlandı - RƏSMİ


Bakıda təhsil müəssisələrində dezinfeksiya işləri sürətlə davam etdirilir.
"Sherg.az" xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib.

Onun sözlərinə görə, 4250 təhsil müəssisəsində dezinfeksiya işləri aparılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ilə bağlı ölkə ərazisində təhsil müəssisələrində mart ayının 3-dən 9-na qədər tətil elan olunub. Həmin müddət ərzində təhsil müəssisələri da daxil olmaqla bütün inzibati binalarda, tibb müəssisələrində, ictimai nəqliyyat vasitələrində dezinfeksiya işləri aparılır.