Bakalavriat və magistraturada əyani təhsil 2 formada olacaq

Nazirlər Kabineti “Formal təhsilin təşkili Qaydaları”nda dəyişiklik edib.

"Sherg.az"ın məlumatına görə, indiyə qədər formal təhsil qanunvericiliklə müəyyən edilmiş əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları vasitəsilə həyata keçirilib.

Dəyişiklik isə formal təhsilin əyani formasının tədrisə tam cəlb olunma – “fulltime” və tədrisə qismən cəlb olunma – “parttime” formalarında olmasını nəzərdə tutur. Başqa sözlə, ali təhsil (bakalavriat və magistratura) və təkrar ali təhsil üzrə əyani təhsil “fulltime” və “parttime” formalarında həyata keçiriləcək.