“İşğaldan azad olunan ərazilərimizə qayıdış kompleks bərpa tələb edir. Çünki işğal altında olan ərazilərimizdə infrastruktur tamamilə yerlə-yeksan edilib. Həmin ərazilərdəki məktəblərin bərpası planlı şəkildə olacaq”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “ATV Aktual” proqramında bildirib.
Onun sözlərinə görə, yaxın gələcəkdə cəbhə bölgəsində yerləşən məktəblərdə tədrisin bərpa edilməsi üzrə işlər aparılır:
“Növbəti illərdə məktəblərə aid xüsusi proqramların həyata keçirilməsi reallaşdırılacaq”.