Layihə işlənir ! : “Azad olunmuş torpaqlarda tədris müəssisələri...”

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin müzəffər  Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli  ordumuz işğalda olan torpaqlarımızı düşmən tapdağından azad etdi. 30 ilə yaxın müddət ərzində üz-üzə qaldığımız vəhşi düşmən tərəfindən hər şey məhv edilib. Lakin artıq dağıdılan ərazilər abadlaşdırılır. Uçurulan binalar, evlər, yollar bərpa olunacaq. Həmçinin dağıdılan obyektlər içərisində təhsil ocaqları da var. Təhsilin inkişafı bizim gələcəyimiz üçün önəmlidir.   İşğaldan azad olunmuş torpaqlarına qayıdan əhalinin təhsildən geri qalmaması üçün mühüm addımlar atılacaq. 



Bununla bağlı "Sherg.az"a danışan təhsil üzrə ekspert Almaz Həsrət son günlər yaşadığımız bu qürurverici günlərə görə rəşadətli ordumuza və müzəffər Ali Baş Komandanımıza təşəkkürünü ifadə edib: 

“Qətiyyətlə sizə deyə bilərəm ki, indiki təhsil nazirimiz Emin Əmirullayev və Azərbaycan təhsil ictimaiyyəti, təhsil cameəsi qürur hissi keçirir. 30 il müddətində ər oğullarımızın vətənpərvər ruhda  böyüdülməsində milli təhsilin çox böyük rolu olub. Əminəm ki, işğaldan azad olunmuş ərazilərdə müəllim kimi çalışmaq istəyən həm yerli, həm də digər bölgələrdən olan müəllimlər müraciət etsələr, Təhsil Nazirliyi buna çox böyük imkan yaradacaq. Hər kəs Azərbaycanı uğura, qələbəyə aparan yolun tarixini məhz o torpaqlarda öyrədilməsini arzulayır. 

İnanıram ki, azad olunan ərzilərimizdə gözəl peşə məktəbləri, orta təhsil müssisələri, baxğalar yaradılacaq. Ali təhsil ocaqlarının, tədris kurslarının filialları açılacaq”. 

Mütəxəssis arzu edir ki, Xankəndi və Şuşa Dövlət Universitetləri də yaradılsın: 

“Dövlət İmtahan Mərkəzində yüksək bal toplayanların əksəriyyəti orada təhsil alsınlar. Daha gözəl quruculuq işlərinin davamlı olaraq aparılması üçün işğaldan azad olunmuş torpaqlarda peşə məktəblərinin məzunları orada çalışsın. İndiki təhsil nazirimiz çox gözəl təşəbbüs irəli sürüb. 
Əminəm ki, E.Əmirullayev sırf azad olunmuş  torpaqlarda tədris müəssisələrinin yaradılması ilə məşğul olmağa başlayıb. Layihələr artıq işlənir. 
Həmin layihələrin işlənilməsinə mükəmməl ekspertlər cəlb olunub.

Həmin ekspertlər azad olunmuş torpaqlardakı tədris müsssisələrinin yaradılmasında və o tədris müəssisələrində dərs deyəcək müəllim-kadr heyətinin hazırlanmasında iştirak edəcəklər. Peşəkarlara ehtiyacımız var”

Sücayət Mehtili