Qəbul imtahanlarında COVİD pasportu tələb olunur?

Ali məktəblərə qəbul imtahanlarında “COVİD” pasportu tələb oluna bilər. Bununla bağlı sosial şəbəkələrdə müzakirələr açılıb.  Təhsil eksperti Kamran Əsədov  bu məsələnin hələ ki, açıq qaldığını deyir.

Eyni zamanda müəllimlərin işə qəbulu imtahanında da COVİD pasportunun tələb olunacağına dair ehtimallar mövcuddur. Baxmayaraq ki, efirdə çıxış edən DİM rəsmiləri imtahanlarda COVİD pasportu tələbinin nəzərdə tutulmadığını söyləyib, lakin rəsmi açıqlama hələ verilməyib.  K.Əsədov bildirir ki, cavabını gözləyən suallar çoxdur. Ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarının vaxtı da dəqiqləşməyib. Əvvəlki illərin məzunları  üçün və BLOK imtahanlarının da vaxtı bəlli deyil.  Həmçinin ali və orta ixtisas təhsili məktəblərində dövlət imtahanı və diplom işləri ilə bağı da dəqiqləşdirmə aparılmayıb hələ. K.Əsədov hesab edir ki, imtahanlarda COVİD pasportu tələb edilməsə də, müsahibə mərhələsində tələb ediləcəyi ehtimalı var. DİM “nəzərdə tutulmayıb” deyirsə, deməli nəzərdə tutula da bilər.