Ali və orta məktəblər distant formata keçir? - Rəsmi cavab

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov noyabr ayında ali və orta məktəblərdə ənənəvi tədrisin dayandırılaraq onlayn formata keçirilməsi şayiələrinə cavab verib. 
"Sherg.az" xəbər verir ki, ARB TV-nin "Diqqət Efir" verilişində qonaq olan qurum sözçüsü qeyd edib ki, yayılan məlumatlar əsassızdır:
“Yaxın həftələrdə təhsil müəssisələrinin qapadılması ilə bağlı heç bir qərar mövcud deyil. Thsil Nazirliyinin informasiya resursları kifayət qədər operativdir. Belə bir qərar verilərsə, ictimaiyyətə öncədən məlumat verəcəyik”.