Azərbaycan məktəbində Xameneyiyə həsr olunan mahnı oxuduldu!- Sabiq nazirdən təpki:“Qarşısını almaq...”

Ötən gün Azərbaycan məktəblərindən birində şagirdlərə İranın ali dini lideri Xameneyiyə həsr olunan mahnı oxudulması bağlı görüntüləri yayılıb. Yevlax rayon məktəblərinin birində çəkildiyi iddia olunan görüntülərdə hicablı müəllimin müşayiəti və şagirdlərin dili ilə “Salam Fərmandeh” (Salam komandir) mahnısı ifa olunub.Yayılan video cəmiyyətdə birmənalı qarşılanmayıb. İnsanlar bu hadisəni dini təbliğat kimi qiymətləndirib. Şagirdləri buna alət edən müəllim sərt tənqidlərə məruz qalıb.

Sabiq təhsil naziri Misir Mərdanov hadisə ilə bağlı “Sherg.az”a açıqlama verib. O, bildirib ki, bu kimi halların qarşını almaq üçün cəmiyyətin qınağı olmalıdır:

“Mən elə düşünürəm ki, cəmiyyət belə məsələləri pisləyirsə, bu elə onun qarşısını almaq istiqamətində atılmış bir addımdır. Başqa nə edə bilərik ki?! Hər halda bu hal ayrı-ayrı adamların yox, bütün cəmiyyətin qınağına məruz qalsa, bir nəticə əldə etməık mükündür”.

Qeyd edək ki, Mərkəzi Aran Regional Təhsil İdarəsi məsələ ilə bağlı araşdırma aparıldığını və məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna töhmət verildiyini bildirib.
Həmçinin tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.