“Əgər ikinci dəfə belə bir hadisə olarsa, o zaman ciddi tədbir görmək olar"
Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbin müəlliminin səs yazısı ilə bağlı fakt öz təsdiqini tapıb. Xatırladaq ki,səs yazısında attestat və təmir pulu ilə bağlı valideyndən pul tələb olunurdu.Hadisəylə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən dərhal araşdırma aparılıb. İdarədən bildirilib ki,müvafiq şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb. Bu hadisə sual doğurur ki,müəllimin valideyndən pul tələb etməsi etikaya sığır mı və ona töhmət verməklə kifayətlənmək olarmı.
Müəllimin tərbiyəçi olduğunu və belə işlərin ona yaraşmadığını deyən əməkdar elm xadimi, professor Şahlar Əsgərov "Sherg.az"a bildirib ki,günah edən müəllimləri belə qorumalıyıq:
"Keçmişdə təhsilimizdə belə hadisələrə daha çox rast gəlinirdi. Bu halların kökünü keçmiş Təhsil naziri Mikayıl Cabbarov kəsmişdi.2013-cü ildən bu yana belə hadisələrlə çox az rastlaşırıq.
Təbii ki, hadisəni törədən müəllim bu nüans da mütləq cəzalandırılmalı və töhmət almalıdır.Lakin hadisəyə görə onu məktəbdən uzaqlaşdırmaq düzgün deyil. Doğrudur müəllim səhv edib.Amma bu səhvə verilən cəza adekvat olmalıdır.
Müəllim də, bizlərdən biridir.
Onun bütün oksigen kanallarını kəsmək də yaxşı olmaz. Əgər ikinci dəfə belə bir hadisə olarsa, o zaman ciddi tədbir görmək olar".