Azərbaycanlı məktəbli ABŞ-nin 10 nüfuzlu ali məktəbinə qəbul olunub

Azərbaycanlı məktəbli ABŞ-ın 10, Böyük Britaniyanın 2 nüfuzlu universitetindən qəbul alıb.

APA-nın xəbərinə görə, Avropa Azərbaycan Məktəbinin şagirdi Sara Nabikoğlu ABŞ-ın Boston, Virciniya Texnologiya, Miami, Pensilvaniya, Corc Vaşinqton kimi nüfuzlu universitetlərindən, həmçinin, Böyük Britaniyanın isə Queen Mary və Bristol universitetlərindən dəvət alıb.

Onun əksərən aerokosmik mühəndislik ixtisası üzrə dəvət alıb.

Sara Nabikoğlunun seçimi Boston Universiteti olub.