Buraxılış imtahanında ən yüksək balı o topladı - FOTO

Məlum olduğu kimi, martın 5-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən Bakupost.az -a verilən məlumata görə, imtahanda ən yüksək nəticəni Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdi Arif Hacıyev göstərib. O, 296.7 bal toplayıb.